"Azərbaycana qarşı ən yaxşı oyunumuzu sərgilədik"

"Azərbaycana qarşı ən yaxşı oyunumuzu sərgilədik"
"Ən vacib məsələ Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağımız idi. Çətin oyun olacağını bilirdik. Amma biz ən yaxşı futbolumuzu oynadıq və evə qələbə, Bakıdan Avropa çempionatına vəsiqə ilə qayıtdıq". Fanat.az xəbər verir ki, bu sözləri İtaliya yığmasının futbolçusu Matteo Darmian millimizlə keçirilən oyundan sonra deyib.
İtalyalı futbolçu 3:1 hesablı qələbə qazandıqları oyunla bağlı fikirlərini bildirib: "Əlbəttə, yığmamızın heyətində ilk qolumu vurmağım çox emosional idi. Amma bu, komanda yoldaşlarımın dəstəyi sayəsində mümkün oldu. Biz bu oyuna elə köklənmişdik ki, heç zədə barədə düşünən yox idi. Yığmada olan hər bir futbolçu belə bir uğura layiq idi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər