"Azərbaycanda qazandığım pullar Yunanıstan futbolunda heç vaxt olmayacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq hücumçusu Dimitris Sialmas deyib.
Vaxtı ilə AEK-dən ayrılaraq ölkəmizə gələn yunan futbolçu bu addımına görə tənqid edilmişdi. O, illər sonra bu qərarından danışıb: "2012-ci ildə AEK-dəki vəziyyət heç də xoş deyildi. Həmin vaxt klubda maliyyə böhranı var idi. Buna görə də, Azərbaycana köçməli olmuşdum. Bəlkə də, ora getməklə səhv addım atdım, qalıb, AEK-ə kömək etməli idim. Həmin vaxt qərar vermək mənim üçün çətin idi. Çünki hər peşəkar futbolçunun belə, maddi marağı olur".
Qeyd edək ki, Dimitris Sialmas 2012/13 mövsümündə "Xəzər Lənkəran"da çıxış edib. Komandanın heyətində 4 oyuna çıxan yunan forvard 6 qol vurub.
Fanat.az