“Azərbaycanla oyun istədiyimiz kimi alındı. Çox sayda qol vəziyyəti yaratdıq, böyük hesablı qələbə qazandıq”.
Fanat.Az-ın məlumatına görə, bu sözləri Almaniyanın U-21 yığmasının kapitanı Conatan Tah deyib.
AVRO-2019-un seçmə mərhələsi çərçivəsində dünən öz meydanında U-21 seçməmizi 6:1 hesablı məğlubiyyətə uğradan bundestimin üzvü əlavə edib: "Daha çox top vura bilərdik. Bu nəticə inkişafın göstəricisidi. Bəli, doğrudan da əla oynadıq. Amma çatışmazlıqlarımız da var. Bundan da yaxşı səviyyəyə qalxmaq üçün çalışmalıyıq".
Fanat.Az