Azərbaycan millisinin güləşçisi Mariya Stadnik Ukrayna mətbuatına müsahibə verib. Fanat.az xəbər verir ki, I Avropa Oyunlarının qızıl medalçısı, qitə və dünya çempionu, Olimpiadanın mükafatçısı millimizi seçdiyi üçün peşman olmadığını bildirib:
"Nə baş verirsə, yaxşılığa doğru olur. Qərarıma görə peşman deyiləm. Təbii ki, öz vətənimə lazımlı olmamağım əvvəl mənə pis gəlirdi. Amma vaxt keçdikcə alışdım. Sonra məndə belə bir düşüncə yarandı ki, bəlkə də, belə olmağı yaxşıdı. Azərbaycanda mən nəticələrə imza atmışam. Ukrayna yığmasında qalsaydım, yəqin ki, Mariya Stadnik kimi idmançı olmayacaqdı".
Fanat.az