Ramil Şeydayev Rusiya mətbuatına açıqlama verib. Fanat.Az xəbər verir ki, millimizin üzvü "Jilina"ya keçidindən danışıb.
"Trabzonspor"dan normal ayrıldığını deyən Ramil hər şeyin özündən aslı olduğunu bildirib: "Trabzonspor"dan normal ayrıldım, hər kəs mənə uğurlar arzuladı. Oyun təcrübəmi artırmaq üçün icarəyə göndərildim. Ruhdan düşməməliyəm. Özümü yaxşı tərəfdən göstərmək üçün çox işləməliyəm. Hər şey məndən asılıdı".
Şeydayev Slovakiya klubundakı hədəfini açıqlayıb: "Jilina"da əsas heyətə düşmək, avrokuboklarda oynamaq istəyirəm".
Gənc futbolçu millimizlə bağlı da danışaraq bildirib ki, komandaya tez uyğunlaşıb: "Hiss edirdim ki, maraqlanırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. Milli komandaya tez uyğunlaşdım. İlk oyunlardan komandaya mümkün qədər daha çox fayda verməyə çalışdım. Milli ilə bağlı ümidlərim böyükdü. Hazırda qrupumuzda 3-cü pillədəyik. Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində oynamaq üçün yaxşı şanslarımız var. Bütövlükdə hamımız və ayrılıqda özüm üçün bu, böyük, vacib hadisə olardı".
Millimizin üzvü "Zenit"dən ayrılmasının səbəbləri barədə də danışıb: "Başqa ölkələrdə, başqa çempionatlarda özümü sınamaq istəyirdim. "Zenit" mənə yeni müqavilə təklif etmişdi. Amma mən seçimimi edərək klubdan ayrıldım. Nə "Zenit"dən ayrılmağıma, nə də vətəndaşlığımı dəyişməyimə peşmanam".
Fanat.Az