"Azərbaycan üçün döyüşməyə hazıram" - Ruslan Qurbanov

"Azərbaycan üçün döyüşməyə hazıram" - Ruslan Qurbanov
"Neftçi"nin fubolçusu Ruslan Qurbanov "Xəzər Lənkəran"la oyunda vurduğu qoldan sonra kameralara formasının altından yazdırdığı "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarını nümayiş etdirmişdi. Fanat.az xəbər verir ki, milliləşdiriilmiş futbolçu azerisport.az-a açıqlamasında bu addımı ilə bağlı danışıb: 
"Öncədən hazırlaşmışdım. Ona görə də qol vurmağın özüm üçün nə dərəcədə vacib olduğunu düşünürdüm. Vurduğum qolu da vətən uğrunda dünyasını dəyişən şəhidlərimizə həsr edirəm. Hətta "Xəzər Lənkəran" azarkeşləri də hərbi salam verməyimi, bu şüarı nümayiş etdirməyimi alqışladı. Buna nail olduğum üçün şadam. Rəqib fanatların alqışını qazanmaq da çox xoş idi. 
Şəhidlərin yaxınlarına, ailələrinə başsağlığı verirəm. Biz həmişə onların yanındayıq. Artıq altı ildi ki, Azərbaycanda çörək qazanıram. Uğurlarımın da çoxuna bu ölkədə imza atmışam. Lazım gəlsə, mən də Azərbaycan üçün döyüşməyə hazıram. Çünki bura mənim ikinci evimdi. Mən həmişə ədalətin tərəfdarı olmuşam. Bütün dünya bilir ki, Qarabağ Ermənistanın yox, Azərbaycanındı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər