"Azərbaycan millisinin futbolçularının qiymətini bilmirəm"

"Azərbaycan millisinin futbolçularının qiymətini bilmirəm"
"Azərbaycanla oyunda hər kəs qələbə qazanmaq istəyir. Bunun üçün də yoldaşlıq oyununda qüvvəmizi sınayırıq. Nəticə olmalıdır. Ancaq ilk növbədə qələbə qazanacağımızla bağlı pozitiv olmalıyıq". Fanat.az xəbər verir ki, bu sözləri Moldova millisinin müdafiəçisi Simeon Bulqaru deyib.
Uzun fasilədən sonra milliyə dəvət alan futbolçu noyabrın 17-də Bakıda baş tutacaq oyunla bağlı danışıb: "Azərbaycan millisinin futbolçularının qiymətini bilmirəm. Ancaq onların iki futbolçusunun Almaniyada oynamasından xəbərdaram. Lakin bizim də İtaliya və Türkiyə çempionatlarında oynayan futbolçularımız var. Bəli, bu futbolçular hazırda zədəlidilər, amma düşünürəm ki, oyunçuların qiyməti baxımından onlarla bərabər səviyyədəyik. Ola bilər ki, Azərbaycan çempionatı daha güclüdü. Çünki orada idmana böyük investisiyalar yatırılır". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər