"Azərbaycan millisini seçdiyimə görə təəssüflənmirəm"

"Azərbaycan millisini seçdiyimə görə təəssüflənmirəm"

"Azərbaycan yığmasında çıxış etmək qərarıma görə təəssüflənmirəm. Bu qərarımı valideynlərim də dəstəkləyib. Ötən seçmə mərhələdə millinin 10 oyununun hamısında meydanda olmuşam". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Dmitri Nazarov deyib.

Almaniyanın "Karlsrue" klubunun yarımmüdafiəçisi "Allgemeine Zeitung"a açıqlamasında Azərbaycan yığmasına ilk gəlişini xatırlayıb: "Mənimlə o vaxt millinin baş məşqçisi olan Berti Foqts əlaqə saxladı. Biz görüşdük. Elə həmin görüşdən mən hər şeyin yaxşı olacağını hiss etdim və müsbət cavab verdim".

"Karlsrue" ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi gələcək planlarından da söz açıb: "Böyük ehtimalla klubumla yeni müqavilə imzalayacağam. Amma başqa variantlar da mümkündür. Hər halda bununla bağlı müəyyən fikirlərim var".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər