"Azərbaycan millisində mənə tanış olan futbolçular var"

"Azərbaycan millisində mənə tanış olan futbolçular var"

Qazaxıstan milli komandasının kapitanı Samat Smakov yığmamızla oyundan danışıb. Fanat.az xəbər verir ki, futbolçu Qazaxıstan Futbol Federasiyanın rəsmi saytına müsahibəsində bunları deyib: 

 

"Futbolçuların əhval-ruhiyyəsi normaldı. Komandada sağlam ab-hava hökm sürür. Azərbaycan və Gürcüstanla iki vacib oyunumuz olacaq. Bu görüşlərdə heç kim vaxt keçirməyəcək, əksinə, hamı özünü göstərmək istəyilə alışıb-yanır. Yığmada nəyə qadir olduğunu hər zaman göstərmək lazımdı. Xüsusən, yeni məşqçilər heyətinə. Məşqçilər deyiblər ki, Azərbaycan və Gürcüstanla qarşılaşmalarda heç nəyi qırıb-dağıtmayacaqlar. Çünki yıxmaq asandı, tikməyə isə çox vaxt lazımdı. Bu gün millidə zədəlilər istisna olmaqla, bütün güclü futbolçular cəmləşib. Tanat Nuserbayevdən başqa qalanları sıradadı. Özümə gəldikdə, gənc ikən uğursuzluqlardan sonra ciddi narahatlıq keçirirdim. İndi isə yığmaya yaxşı əhval-ruhiyyədə gəlmişəm. Şadam ki, uzun fasilədən sonra döyüşkən heyətlə bir araya gələ bildik. Azərbaycan millisində mənə tanış olan futbolçular var. Bu komanda döyüşkən və ambisiyalıdı. Oyun canlı yayımlanacağından, azarkeşlərimiz bizi canlı yayımda izləyə biləcəklər. Fikrimcə, oyun maraqlı alınacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər