Norveç yığmasının baş məşqçisi Per Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsinin püşkünü dəyərləndirib. Fanat.az xəbər verir ki, millimizlə eyni qrupda yer alan komandanın çalışdırıcısı bunları deyib:
"Bütövlükdə, maraqlı qrupa düşdüyümüzü demək olar. Son dünya çempionunun bizimlə eyni qrupa düşməsi birinci pilləni tutmağın müşkül olacağından xəbər verir. Təbii ki, Almaniya qrupun favoritidi. Onları məğlub etmək çətin olacaq. Çexiya və Azərbaycan tanış rəqiblərdi. Çexiya ilə daha öncə qarşılaşmışıq və həmin oyunda 2:2 heç-heçə qeydə alınıb. Azərbaycanla isə AVRO-2016-nın seçmə mərhələsində iki dəfə üz-üzə gəlmişik. Şimali İrlandiya və San Marino da yaxşı komandalardı. Ancaq bizim məqsədimiz qrupda ikinci olmaq və "pley-off" mərhələsində iştirak etməkdi".
Fanat.az