İtaliya millisinin qapıçısı Canluici Buffon yığmamızla oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, qolkiper dünən Bakıda keçirilən mətbuat konfransında bunları deyib:
"Həm səfərdə, həm də evdə çox oyun keçirmişik. Zəif komanda olsa belə, əhəmiyyəti böyükdü. Çünki bu oyunda qrup mərhələsinə vəsiqəni təmin etmək istəyirik.
12-13 il öncə Azərbaycana gəlib oynamışdıq. Xoşdu ki, yenə Azərbaycanda meydana çıxacağam. Ancaq sabah nə olacağını demək olmaz.
Azərbaycan millisi çox dəyişib. Komanda yeni baş məşqçi ilə fərqli oyun göstərir. Əvvəl müdafiə oyunu idisə, indi hücuma üstünlük verirlər. Bu səbəbdən Azərbaycan millisindən təhlükə gözləyirik".
Fanat.az