"Azərbaycan millisi Avropanın ən yaxşılarındandır"

"Azərbaycan millisi Avropanın ən yaxşılarındandır"

İspaniya futzal yığmasının baş məşqçisi Xose Venansio Lopes dünya çempionatının püşkünü dəyərləndirib.

Qol.az-ın məlumatına görə, İspaniya mətbuatına danışan Lopes Azərbaycan millisini Avropanın ən güclü yığmalarından biri adlandırıb:

"İran millisinin böyük potensialı var. Azərbaycanı da unutmaq olmaz. Bu komanda Avropanın ən yaxşı yığmalarından biridir. Ümumiyyətlə qrupumuzda yer alan hər üç yığma yüksək səviyyəli komandalardır. Mərakeş millisi də istənilən komandaya sürpriz yaşada bilər".

Qeyd edək ki, F qrupunda qərarlaşan İspaniya millisi Azərbaycan, İran və Mərakeş yığmaları ilə mübarizə aparacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər