"Azərbaycan mənim ürəyimdi" - braziliyalı oyunçu

"Azərbaycan mənim ürəyimdi" - braziliyalı oyunçu
"Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdu. Təbii ki, hər kəs seçimində azaddı. Azərbaycan mənim ürəyimdi, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram". 
Fanat.Az xəbər verir ki, bu sözləri futzal üzrə dünya çempionatının 1/8 finalında Taylandla qarşılaşacaq Azərbaycan millisinin üzvü Oliveyra Uilyams de Naskimento deyib.
Braziliyalı oyunçu matçdan əvvəl keçrilən mətbuat konfransında fikirlərini bildirib. O, rəqiblə bağlı da danışıb: "Tayland yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildi bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdi. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər. Üç ilə yaxındı bu komanda ilə birgə işləyir”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər