"Azərbaycan güclü rəqibdi"- matça doğru

"Azərbaycan güclü rəqibdi"- matça doğru

“Azərbaycan millisi güclü rəqibdi. Dünya çempionatına qatılmaq uğrunda inamla mübarizə aparırlar. Çox yaxşı start götürüblər”. Fanat.Az xəbər verir ki, bu sözləri Qətər millisinin yarımmüdafiəçisi Yasser Abubakar deyib.

 

Bu gün yoldaşlıq görüşü çərçivəsində yığmamızı Dohada qəbul edəcək komandanın futbolçusu “Jassim Bin Hamad” stadionunda baş tutacaq oyunun önəmindən danışıb:

 

“DÇ-2018-in seçmə mərhələsindəki oyunlar ərəfəsində Azərbaycanla üz-üzə gəlmək xeyrimizədi. İranla matça hazırlıq baxımdan olduqca önəmlidi. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Azarkeşlərimizin bizi dəstəkləməsini istəyirik”.

 

Qeyd edək ki, oyunun start fiti  Bakı vaxtı ilə saat 20:00-da veriləcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər