"Azərbaycan çox güclü rəqib sayılır. Onların heyətində 5 milliləşdirilmiş braziliyalı sahə oyunçusu və italyan qapıçı Buranello (Laersio Buranello əslində italyanmənşəli braziliyalıdı - red.) var". Fanat.az xəbər verir ki, bu sözləri futzal üzrə Slovakiya yığmasının yeni baş məşqçisi Marian Berkı deyib.
Slavakiya yığması Avropa çempionatının "pley-off" mərhələsində millimizin rəqibidi. Bakıya səfərdən əvvəl tasr.sk saytına açıqlama verən rəqib çalışdırıcı millimizlə oyundan danışıb: "Azərbaycan yığmasına təcrübəli ispan baş məşqçi Peres rəhbərlik edir. Əminəm ki, öz meydanımızda biz uğura nail olacağıq. Onlar açıq oynayacaqlar ki, bu da bizə qol vurmaq şansları yaradacaq. Azərbaycan bu oyunlarda üstün olacaq. Çünki onlar oyunçuları 3-4 həftədi ki, bir yerdədi və intensiv məşq edirlər. Biz isə isə yalnız bu oyunlara kimi bir neçə məşq keçəcəyik. Ancaq fikrimcə, Avropa çempionatına düşməklə tarix yazacaq səviyyədə kifayət qədər təcrübəli komandamız var".
Qeyd edək ki, Azərbaycan - Slovakiya matçları sentyabrın 15-i və 22-də keçiriləcək. İlk görüş Bakıda, cavab matçı isə Slovakiyanın Trnava şəhərində baş tutacaq.
Fanat.az