"Azərbaycan bizim üçün münasib rəqib deyil"

"Azərbaycan bizim üçün münasib rəqib deyil"
Çexiya yığmasının futbolçusu Mixael Kadleç DÇ-2018-in seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib. Fanat.az xəbər verir ki, çex futbolçu millimizdən də danışıb: 
"Püşkünün nəticəsindən razı qaldım. Mən yarı alman, yarı çexəm. Ona görə də Almaniya millisi ilə görüşləri səbirsizliklə gözləyirəm. Almanlar hər zaman bütün turnirlərin favoriti olub. Ancaq onlar bizə hörmətlə yanaşmalıdılar. Çoxları bizim qrupda ikinci yer uğrunda mübarizə aparacağımızı deyir. Lakin mən birincilik uğrunda yarışa biləcəyimizi düşünürəm. Digər rəqiblərə gəlincə, Norveç yığması ilə son yoxlama matçında 2:2 bərabərə qalmışıq. Ancaq 2011-ci ildə onlara 3:0 hesabı ilə qalib gəlmişik. Azərbaycan yığması bizim üçün münasib rəqib deyil. Çünki bu ölkəyə məsafə uzaqdı. Şimali İrlandiya isə sərt futbol oynayır. San Marino ilə də qarşılaşmışıq. Bizi nələr gözlədiyini bilirik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər