Norveç millisinin kapitanı Per-Silian Skelbred AVRO-2016-nın seçmə mərhələsində yığmamızla sabah keçiriləcək görüş haqda fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Herta”nın 27 yaşlı yarışmmüdafiəçisi millimiz haqda kifayət qədər məlumatlı olduqlarını deyib:
"Azərbaycan millisinin son oyunlarına baxmışıq. Topu özlərində saxlamağı bacarırlar. Çox gözəl texnikaya malikdilər. Rəqibimizin özünəmxsus oyun sistemi var. Ancaq onlarda müəyyən boşluqlar da aşkar etmişik. Əgər onlar ötən il Bakıda keçirdiyimiz qarşılaşmadakı kimi oynasalar, deməli, bizim günümüz olacaq. Ancaq oyunları alınsa, bizə çətin anlar yaşada bilərlər. Rəqibimizin oyun sistemindəki dəyişiklikləri görürük. Onlar indi daha çox hücuma atılırlar. Bu da bizə sərf edir. Ümumiyyətlə, hər iki komandanı yalnız qələbə qane etdiyi üçün maraqlı qarşılaşma gözlənilir".
Fanat.az