"Atletik"lə Bakıda tam fərqli oyun olacaq" - Zaur Svanadze

"Atletik"lə Bakıda tam fərqli oyun olacaq" - Zaur Svanadze

"İnter"in baş məşqçisi Zaur Svanadze Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis 0:2 hesablı məğlubiyyətlə bağlı bunları deyib: 

"Atletik" layiqli qələbə qazandı. Biz nə bacarırdıqsa, onu da göstərdik, amma rəqib çox güclü idi. Bəzi futbolçularımız ilk dəfə idi ki, belə stadionda oynayırdı. Fikrimcə, onlar özlərini layiqli şəkildə göstərə bildilər. "Atletik"in ifasında isə gözlədiyimiz oyunu gördük. Növbəti mərhələyə vəsiqə qazanmaq artıq çox çətin olacaq. Amma cavab görüşündə daha yaxşı, layiqli oynamağa çalışacağıq. Bizdə meydança süni örtüklüdü və Bakıda hazırda 40 dərəcəyə yaxın isti var. Ona görə də cavab görüşü tam fərqli keçəcək. Meydana beş müdafiəçi ilə çıxmağımız normaldı. Qolsuz heç-heçəyə ümid edirdik. Amma rəqibin cinah oyunçuları hücumlara qoşulmaqla bizim planlarımızı alt-üst etdilər".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər