"Atletik"in baş məşqçisindən "İnter" açıqlaması

"Atletik"in baş məşqçisindən "İnter" açıqlaması
İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "İnter"inə qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, baş məşqçi yerli mətbuata bunları deyib: 
"İnter" ötən mövsümlə müqayisədə çox dəyişib. Onların son dörd oyununu izləmişik. Özlərinin müəyyən oyun sistemləri var. Amma yeni futbolçular çox olduğundan, hazırda uyğunlaşma dövrü keçirlər. "İnter"in heyətində rəqibə çətinlik yaşada biləcək futbolçular var. Cütün favoriti olduğumuz doğrudu. Amma bu, bizi sakitləşdirməməlidi. Çünki cavab oyununu səfərdə keçirəcəyik. Qarşılaşmanın süni örtüklü meydanda keçirilməsi isə bizim xeyrimizə deyil".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər