Avropa Liqasının III təsnifat mərhələsində "İnter"in rəqibi olan "Atletik" yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, iyulun 23-də "Betis" 1:1 hesablı heç-heçə edən Bilbao təmsilçisi bu dəfə "Rayo Valyekano" ilə qarşılaşıb.
Oyun yenə 1:1 hesabı ilə bitib. "Atletik"in qolunu 77-ci dəqiqədə Borfa Viquero penaltidən vurub.
"Atletik”in start heyəti belə olub: İraisos, De Markos, Balensyaqa, Laporte, Qurpeqi, San Xose, Benyat, Akeçe, Adurits, Susaeta, Gilyermo.
Fanat.az