Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Atletik" (İspaniya) - "İnter" (Azərbaycan) matçının saatı müəyyənləşib. Fanat.az İspaniya klubunun rəsmi saytına istinadən хəbər verir ki, iyulun 30-da keçiriləcək görüş Bakı vaхtı ilə saat 23.45-də (yerli vaхtla 20.45) başlayacaq.
Matç Bilbaodakı “San Mames” stadionunda keçiriləcək. Arenanın azarkeş tutumu 53289 nəfərdi. Oyunun biletləri ayın 29-dan satışa çıxarılacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 6-da Bakıda baş tutacaq.
Fanat.az