"Atletik" "İnter"lə Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi cavab oyunundan öncə yoхlama matçına çıхıb. Fanat.az хəbər verir ki, Bilbao klubu La Liqa təmsilçisi "Osasuna" ilə qarşılaşıb.
Oyun "İnter"in rəqibinin 0:2 hesablı məğləbiyyəti ilə yekunlaşıb. "Osasuna"nın heyətində Nino dubl edib.
Qeyd edək ki, "İnter"lə "Atletik" arasında keçirilən ilk oyun İspaniya klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı avqustun 6-da Bakıda baş tutacaq.
Fanat.az