"Atletik" Bakıya 21 futbolçu ilə gəldi

"Atletik" Bakıya 21 futbolçu ilə gəldi
Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində "İnter"lə cavab oyununa çıxacaq İspaniyanın "Atletik" klubu bu gün Bakıya gəlib. Fanat.az xəbər verir ki, ilk oyunda 2:0 hesabıyla qalib gəlmiş Bilbao təmsilçisinin baş məşqçisi Ernesto Valverde Azərbaycan paytaxtına 21 futbolçu gətirib:
Qorka İraisos, Yaqo Herrerin, Alexandro Remiro, Eneko Boveda, Karlos Qurpegi, Mikel Balensyaqa, Emerik Laport, Mikel San-Xose, İniqo Lekue, Qorka Elustondo, Xavyer Eraso, Xabyer Eçeyta, Oskar de Markos, Benyat, İbay Qomes, Markel Susaeta, Axer Akeçe, Borxa Viqera, Arits Aduris, Gilyermo Fernandes, Sabin Merino.
Qeyd edək ki, "İnter" - "Atletik" matçı avqustun 6-da "İnter Arena"da keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər