"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç yenidən Azərbaycana gələcək. Fanat.az xəbər verir ki, bu barədə jurnalistlərə klubun icraçı direktoru Yaşar Seyidov açıqlama verib.
Onun sözlərinə görə, serbiyalı mütəxəssis İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları arasında əlaqələndirici rolunu oynayacaq. "Bakı" nəzdində yaradılacaq 8 yaşdan yuxarı uşaqlar üçün pullu qruplardan seçiləcək futbolçular "Lans" və ya "Atletiko"ya göndəriləcəklər.
Eyni zamanda bu iki klubun dünya ulduzları Bakıya gələrək, uşaqların məşqlərini izləyəcəklər.
Fanat.az