AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva Qadınlardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının 1/32 final mərhələsinin oyununa təyinat alıb.
Fanat.az xəbər verir ki, o, oktyabrın 15-də Rusiyanın Ximki şəhərindəki “Rodina” stadionunda keçiriləcək “Zorki” (Rusiya) - “Atletiko Madrid” (İspaniya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.
Fanat.az