"Atletiko" sabah çempion ola bilər

"Atletiko" sabah çempion ola bilər
Çempionluq mübarizəsinin davam etdiyi İspaniya La Liqasında XXXVII tura start verilib. Fanat.az xəbər verir ki, turun əsas qarşılaşmaları - çempionluğun taleyini həll edə biləcək matçlar sabah baş tutacaq.
Çempionluq uğrunda mübarizə aparan "Atletiko" evdə, "Real" və "Barselona" səfərdə meydana çıxacaq. Ardıcıl 9 qələbədən sonra ötən həftə "Levante"yə 0:2 hesabı ilə yenilən "Atletiko" rəqiblərinin də xal itkisindən yararlanaraq üstünlüyünü qoruya bildi. İndi Madrid klubu 88 xalla ən yaxın izləyicisi "Barselona"nı 3, "Real"ı 4 xa qabaqlayır.
Dieqo Simeonenin yetirmələri sabah çempionluğu rəsmiləşdirə bilər. Belə ki, "Barselona" "Elçe" səfərində xal itirsə, "Atletiko" evdə "Malaqa"nı yenərək çempionluğu bayram edə bilər. "Atletiko" xal itirsə və ya hər ikisi qələbə qazansa, çempionluğun taleyinə son turda "Nou Kamp"da baş tutacaq "Barselona" - "Atletiko" matçında aydınlıq gələcək.
Son iki turda "Valensiya" (2:2) və "Valyadolid"lə (1:1) heç-heçə oynayaraq 4 xal itirən "Real" isə çempionluq şanslarını böyük ölçüdə azaldıb. İndi "Kral Klubu" liderdən 4, ikinci pilədən 1 xal geri qalır. Madrid təmsilçisi sabah "Selta"nın qonağı olacaq. "Atletiko" qələbə qazansa, "Real" nəticədən aslı olmayaraq çempionluq şansını itirəcək. "Kral Klubu" çempionluq şansını son tura saxlamaq üçün həmşəhərlilərinin xal itkisinə ümid etməlidi.
Avrokuboklara vəsiqələrə gəlincə, artıq "Atletiko", "Barselona", "Real" və "Atletik"in Çempionlar Liqasında, "Sevilya", "Real Sosyedad" və "Vilyarreal"ın Avropa Liqasında çıxış edəcəyi dəqiqləşib. 
22 xalla son pillədə qərarlaşmış "Betis"in La Liqanı tərk etməsi rəsmiləşib. Qalan iki klubun adına isə son turda aydınlıq gələcək.
La Liqa
XXXVII tur
10 may
23.00 Vilyarreal - Rayo Vallekano
01.00 Levante - Valensiya
11 may
20.00 Atletik - Real Sosyedad
22.00 Atletiko - Malaqa
22.00 Selta - Real
22.00 Elçe - Barselona
22.00 Xetafe - Sevilya
22.00 Qranada - Almeriya
22.00 Betiç - Valyadolid
22.00 Espanyol - Osasuna

1

Atletiko

36

28

4

4

75:24

88

2

Barselona

36

27

4

5

99:32

85

3

Real

36

26

6

4

101:35

84

4

Atletik

36

20

8

8

65:38

68

5

Sevilya

36

17

9

10

66:50

60

6

Real Sosyedad

36

16

10

10

60:52

58

7

Vilyarreal

36

15

8

13

54:43

53

8

Selta

36

13

7

16

46:52

46

9

Valensiya

36

12

10

14

49:50

46

10

Levante

36

11

12

13

33:42

45

11

Rayo Vallekano

36

13

4

19

45:74

43

12

Espanyol

36

11

8

17

39:47

41

13

Malaqa

36

11

8

17

37:45

41

14

Elçe

36

9

12

15

29:47

39

15

Qranada

36

11

5

20

31:54

38

16

Valyadolid

36

7

15

14

35:55

36

17

Almeriya

36

10

6

20

41:71

36

18

Xetafe

36

9

9

18

32:53

36

19

Osasuna

36

9

8

19

29:60

35

20

Betis

36

5

7

24

31:73

22

Bombardirlər: Kriştiano Ronaldo (Real) - 31. Lionel Messi (Barselona) - 28. Dieqo Kosta (Atletiko) - 27.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər