"Aston Villa" Emerini göndərir - Onu əvəz edəcək məşqçi də məlumdur

"Aston Villa" Emerini göndərir - Onu əvəz edəcək məşqçi də məlumdur

Mövsümə uğursuz başlayan "Aston Villa" baş məşqçi Unay Emerini istefaya göndərə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "teamTalk" yayıb.

Mənbənin məlumatına görə, komanda hazırda turnir cədvəlinin "zirzəmi"sində qərarlaşdığından, İngiltərə klubunun rəhbərliyi onu işdən çıxarmağı düşünür. İspaniyalı Sesk Fabreqas Emerini əvəz edə biləcək namizədlər arasında liderdir.

"Aston Villa"nın rəhbərlərinin Fabreqasın "Komo"da gördüyü işlərdən təsirləndikləri deyilir.

Qeyd edək ki, "Aston Villa" Premyer Liqada 4 turdan sonra 1 xalla sonuncudan əvvəli - 19-cu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər