Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub. Fanat.az xəbər verir ki, ötən axşam son 5 oyun baş tutub.
Gecənin sürprizi Cənubi Kiprdə qeydə alınıb. "Astana" tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb. Qazaxlar evdə əldə etdikləri minimal hesablı qələbədən sonra səfərdə də rəqibi ilə 1:1 hesablı bərabərliyə razılaşıb və ilkə imza atıb.
Qrup mərhələsinə yüksələn digər komandalar isə "Bayer", "Mançester Yunayted", ÇSKA və BATE olub. APOEL, "Brügge", "Latsio", "Partizan" və "Sportinq" isə Avropa Liqasının qrupuna düşüb.
Çempionlar Liqası
Pley-of mərhələsi
Cavab oyunları
26 avqust
APOEL (Cənubi Kipr) - Astana (Qazaxıstan) 1:1
Qollar: Stiliç, 60 - Maksimoviç, 84.
İlk oyun - 0:1.
Brügge (Belçika) - Mançester Yunayted (İngiltərə) 0:4
Qollar: Runi, 20; 49; 57. Herrera, 63.
İlk oyun - 1:3.
Bayer (Almaniya) - Latsio (İtaliya) 3:0
Qollar: Hakan Çalhanoğlu, 40. Mehmedi, 48. Bellarbi, 88.
İlk oyun - 0:1.
ÇSKA (Rusiya) - Sportinq (Portuqaliya) 3:1
Qollar: Dumbiya, 49; 72. Musa, 85 - Qutyerrez, 36.
İlk oyun - 1:2.
Partizan (Serbiya) - BATE (Belarus) 2:1
Qollar: Petroviç, 75. Saponyi, 90+3 - Staseviç, 25.
İlk oyun - 0:1.
Fanat.az