"Arsenal"ın baxışa çağırdığı futbolçu "Qəbələ"də

"Arsenal"ın baxışa çağırdığı futbolçu "Qəbələ"də
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" baxışa daha bir futbolçu çağırıb. Fanat.az xəbər verir ki, baş məşqçi Yuri Syomin Marko Neni sınayır.
Qeyd edək ki, mərkəzi yarımmüdafiəçisi 2012-ci ildəq çıxış etdiyi "Tavriya"da 14 oyun keçirib və 1 qol vurub. Kot`d-ivuarlı futbolçu vətənində "Mimosas", Avropada isə "Beveren" (Belçika, 2003-2006, 64 oyun,  qol9), "Olimpiakos" (Yunanıstan, 2006-2008, 14 oyun), "Jerminal" (Belçika, 2008, 10 oyun, 1 qol) və "Kuban" (Rusiya, 2009-2011, 44 oyun, 2 qol) klublarında çıxış edib.
2004-cü ildə o, Didye Droqbalı Kot`D-İvuar yığmasına dəvət alıb. Həmin il o, Emmanuel Ebue ilə birlikdə "Arsenal"a baxışa yollanıb. Lakin Ebuedən fərqli olaraq bəyənilməyib. Məhşur "Transfermarkt" saytı ona 600 min avro qiymət qoyub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər