"Araz-Naxçıvan"ın 4 futbolçusu "Sumqayıt"a qarşı oynamayacaq

"Araz-Naxçıvan"ın 4 futbolçusu "Sumqayıt"a qarşı oynamayacaq

"Araz-Naxçıvan”ın dörd futbolçusu bu gün “Sumqayıt”a qarşı keçiriləcək Misli Premyer Liqasının 29-cu turunun oyununda meydana çıxmayacaq.

Fanat.Az xəbər verir ki, Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Mustafa Əhmədzadə və Əyyub Allaş zədə səbəbindən matçı buraxacaqlar.

Sezar Meza Kolli və İssuf Paro ilə bağlı isə baş məşqçi Elmar Baxşıyev qərar verəcək. “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda xəsarət alan Paronun zədəsinin ciddi olmadığı bəlli olub. Oyunçunun əzələsində gərginlik aşkarlanıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sumqayıt” qarşılaşması bu gün, saat 18:00-da start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər