Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Belçikanın "Anderlext" klubu bu gün Azərbaycana gələcək. Fanat.az xəbər verir ki, komandanın baş məşqçisi Besnik Hasi Bakıya 22 futbolçu gətirir.
Qapıçılar: Frank Buks, Silvio Proto, Davi Ruf;
Müdafiəçilər: Olivye Deşaxt, Mixael Heylen, Bram Neytnik, İvan Obradoviç;
Yarımmüdafiəçilər: Frank Aşamponq, Stiven Defur, Leander Dendoker, Giyom Jiye, Mahmud Hassan, Serin Mbodji, Endi Nahar, Dennis Prat, Yuri Tilemans;
Hücumçular: İbrahima Konte, İmo Ezekiel, Endi Kavayya, Stefano Okaka, Matias Suares, İdrissa Silla.
Qeyd edək ki, "Qarabağ" - "Anderlext" matçı oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22.00-da start götürəcək.
Fanat.az