"AFFA-nın qardaşı" tapıldı - Tayland

"AFFA-nın qardaşı" tapıldı - Tayland
Tayland Futbol Federasiyası milli komanda üçün rekord məbləğdə mükafat müəyyənləşdirib. Fanat.az xəbər verir ki, federasiya rəhbərliyi futbolçulara Asiya oyunlarında qızıl medal qazanacaqları halda 55 milyon Baht (1.7 milyon dollar) mükafat vəd edib. Bu barədə Tayland Futbol Federasiyasının prezidenti Voravi Makudi məlumat verib.
Bu il Asiya oyunları Cənubi Koreyanın İnçeon şəhərində keçiriləcək. Sentyabrın 19-da başlayacaq yarışlar oktyabrın 4-dək davam edəcək. Tayland millisi Asiya oyunlarının qalibi ola bilməyib. Komanda ən yaxşı nəticələrini 1990 və 1998-ci illərdə qazanıb - 4-cü yer.
Qeyd edək ki, belə yüksək məbləğli mükafatları əsasən AFFA milli komandamızın futbolçularına vəd edir. Məsələn Bolqarıstana 1:2 hesabı ilə yenildiyimiz oyundan əvvəl qələbəyə görə hər futbolçuya 80 min manat vəd olunmuşdu. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər