"AFFA-nın büdcəsi azaldılacaq" - Elxan Məmmədov

"AFFA-nın büdcəsi azaldılacaq" - Elxan Məmmədov

AFFA-nın büdcəsi azaldılacaq. Fanat.az xəbər verir ki, bu barədə "Report"a qurumun baş katibi Elxan Məmmədov məlumat verib: 

"Nəzərə alaq ki, xaricdə təlim-məşq toplanışı təşkil etmək üçün maliyyə xərcləri xarici valyuta ilə həyata keçirilir. Bu baxımdan mənfi təsiri var. Qənaət proqramı tətbiq etmişik və növbəti ildən büdcədə azalma olacaq. Vəziyyət kritik deyil, stabildi. Ancaq valyutanın kursunu nəzərə almalıyıq. Məhz buna görə də xarici təlim-məşq toplanışlarının sayını azaltmışıq. Xaricdə də valyutaya - dollara və avroya ehtiyac var. Bunu nəzərə alaraq, qənaət olunacaq. Yəni AFFA-nın əvvəlki büdcəsi manatla saxlanılacaq, amma xarici valyuta ekvivalentində az məbləğ alınacaq. Devalvasiyanı nəzərə alaraq, büdcə vəsaitinin valyuta ekvivalentində dəyəri azalacaq. Hesablasanız görərsiniz ki, 20 faiz azalma olacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər