"AFFA istefa" qışqıran azarkeşlər polis şöbəsinə aparıldı

"AFFA istefa" qışqıran azarkeşlər polis şöbəsinə aparıldı

Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Kəpəz" - "Admira" matçının sonlarında xoşagəlməz hadisə yaşanıb. Fanat.az xəbər verir ki, Gəncə təmsilçisinin 3 azarkeşi polis şöbəsinə aparılıb.

Məsələ burasındadı ki, matçın 70-ci dəqiqəsində "Kəpəz Ultras” "AFFA istefa” deyə hayqırmağa başladı. Görünür, onlar "sarı-göylər”in uğurlu transfer siyasəti həyata keçirə bilməməsində AFFA-nı günahkar bilirdi. Onlardan birinin meydana butulka atması polislərlə problem yaşamalarına səbəb olub. Fan-klub üzvləri və Adil Məmmədov dil töksə də, Nizami Rayon Polis İdarəsinin əməkdaşları "Kəpəz Ultras”ın 3 üzvünü şöbəyə aparıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər