Yılmaz Vural milli komandamızla bağlı növbəti dəfə açıqlama verib. Fanat.az xəbər verir ki, türk mütəxəssis AFFA-dan təklif aldığını deyib:
"Qətərin bir klubu məni istəyir. Bu ölkədə "Umm Salal" klubunu çalışdıran Bülənt Uyğun zəng edib "Bizim klubun sahiblərinin başqa bir komandası var. Həmin komandada səni görmək istəyirlər" dedi. Onlar Türkiyəyə gəlib mənimlə danışdılar. Azərbaycandan da zəng etmişdilər. Berti Foqtsun istefasından sonra məni yığmada görmək istəyirlər. Hər şey bir neçə həftəyə həll olunacaq".
Fanat.az