"Barselona"nın hücumçusu Antuan Qrizmann karantin günlərindən danışıb.
Fanat.Az xəbər verir ki, fransız futbolçu "El Mundo Deportivo"ya açıqlamasında futbol üçün çox darıxdığını bildirib:
"Təcrid prosesi yaxşı gedir. Başqa nə etmək olar ki? Futbol üçün çox darıxmışam. Turnirlərin nə vaxt bərpa olunacağı, məşqlərə nə vaxt davam edəcəyim barədə heç bir məlumatım yoxdu.
Təbii ki, Avro-2020-nin təxirə salınmasına görə məyus oldum. Amma digər tərəfdən, bunun müsbət tərəfləri də var. Məsələn, millinin heyətində zədəli oyunçuların sayı çox idi".
Fanat.Az