Qriqorçukla işləmiş qapıçı Azərbaycan yolunda

Qriqorçukla işləmiş qapıçı Azərbaycan yolunda
Ukraynalı qapıçı Yuri Martışuk karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az хəbər verir ki, bu barədə 29 yaşlı qolkiper özü məlumat verib.
Ukrayna mətbuatına açıqlama verən "Çernomorets"in sabiq qapıçısı hazırda Avropanın bir neçə klubu ilə danışıqlar apardığını bildirib. Martışuk deyib ki, onunla Azərbaycan, Slovakiya və Çexiya klubları maraqlanır.
Qeyd edək ki, Yuri Martışuk 2012-2015-ci illərdə Odessa "Çernomorets"ində çıхış edib. 2012-ci ildə komandaya Roman Qriqorçukun istəyi ilə transfer edilən qolkiper onunla iki il işləyib. Ukraynanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvü əvvəllər vətənində "Prikarpattiya", "Spartak" (İvano-Frankivsk), "Karpatı" və "Zarya" klublarının formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər