Topaz Premyer Liqasının 10-cu turunda "Neftçi" "Rəvan"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, bu komandalar arasında 6-cı oyun olacaq.
Əvvəlki 5 qarşılaşmada yalnız 1 dəfə qalib gəlməyən "Neftçi" paytaxt derbisində üstünlüyə malikdi. Rəqiblərin oyunlarında qol vuran komanda matçı qələbə ilə başa vurur. Quru oyunların qeydə alındığı duellərin son 3-ü 2:0 hesabı ilə başa çatıb.
Neftçi (Bakı) - Rəvan (Bakı)
+4=0-1, top fərqi 6-2
| 14.08.2011 | Rəvan (Bakı) – Neftçi (Bakı) | 0:1 |
| 21.02.2012 | Neftçi (Bakı) – Rəvan (Bakı) | 1:0 |
| 28.10.2012 | Rəvan (Bakı) – Neftçi (Bakı) | 2:0 |
| 10.12.2012 | Neftçi (Bakı) – Rəvan (Bakı) | 2:0 |
| 10.08.2013 | Rəvan (Bakı) – Neftçi (Bakı) | 0:2 |
Fanat.az