Qış çempionu kim olacaq: "Neftçi", "Qarabağ", "Qəbələ"...

Qış çempionu kim olacaq: "Neftçi", "Qarabağ", "Qəbələ"...
Dekabrın 20-də Premyer Liqada XVIII turun oyunları keçiriləcək və bununla da 2013-cü il başa çatacaq. II dövrənin son turunda həm də qış çempionu müəyyənləşəcək. Bəs fasiləyə hansı komanda lider kimi gedə bilər?
Ən şanslı namizəd "Neftçi"...
Hazırda ən real namizəd "Nefti"di. 34 xalla turnir cədvəlinə başçılıq edən son 3 ilin çempionu XVIII turda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan AZAL-ın qonağı olacaq. "Neftçi" qələbə qazanacağı halda digər oyunların nəticəsi liderlik baxımından heç bir əhəmiyyət daşımayacaq və Nazim Süleymanovun başçılıq etdiyi komanda ən azı üçüncü dövrənin startınadək ilk pillədə qalacaq.
"Neftçi" heç-heçə sayəsində də qış çempionu ola bilər. Bunun üçün "Qarabağ" xal itirməlidi. "Neftçi" 1 xal qazaqacağı halda "Qəbələ"nin turu qələbə ilə başa vurması heç nəyi dəyişməyəcək. Çünki bu halda yalnız xallar bərabərləşəcək. Amma "ağ-qaralar" Yuri Syominin komandası ilə şəxsi oyunlarda üstünlüyə sahibdi.
Paytaxt təmsilçisi məğlubiyyətlə də fasiləyə lider kimi yollana bilər. Bunun üçün "Qarabağ" da məğlub olmalı, "Qəbələ" isə heç-heçə etməlidi.
"Qarabağ" zirvəni geri qaytara biləcək?
"Neftçi"dən sonra qış çempionu olmağa əsas namizəd "Qarabağ"dı. Ağdam klubu hazırda 33 xalla ikinci pillədə qərarlaşıb və XVIII turda "İnter"i qəbul edəcək. Ağdamlılar "bankirlər" üzərində qələbə qazansa belə, taleləri öz əllərində deyil. Qurban Qurbanovun komandası fasiləyə birinci pillədə yollanmaq üçün "Neftçi"nin xal itkisinə dua etməli və turun son oyununda "İnter"i xalsız qoymaloıdı.
"Qarabağ" heç-heçə ilə də qış çempionu ola bilər. Bunun üçün "Neftçi" uduzmalı, "Qəbələ" isə heç-heçə etməlidi. Belə olan halda iki komandanın xalları bərabərləşəcək. "Qarabağ" şəxsi oyunlarda "Neftçi"dən üstün olduğundan fasiləyə ilk pillədə yollanacaq. Məğlubiyyət isə ağdamlılara ən yaxşı indi qərarlaşdıqları ikinci pilləni "hədiyyə" edəcək.
"Qəbələ"dən sürpriz gözləməyə dəyərmi?
Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Qəbələ" qış çempionu olmaq şansı ən az olan "Qəbələ"di. 32 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan Yuri Syominin yetirmələri ötən tur "Neftçi"yə yenilməklə şanslarını çətinə salıblar.
"Qəbələ"nin fasiləyə yollanması üçün həm "Neftçi"nin uduzması, "Qarabağ"ın isə heç-heçə etməsi vacibdi. Bu halda bölgə təmsilçisi evdə "Bakı"nı məğlub edərək qış çempionu ola bilər. "Neftçi"nin bir xal qazanması şəxsi oyunlarda "ağ-qaralar"dan geri qalan "Qəbələ"nin fasiləyə lider kimi yollanmaq arzusunun üstündən xətt çəkəcək.
Qış çempionluğuna namizəd klubların öz aralarındakı oyunlar
Neftçi - Qarabağ 0:0
Qarabağ - Neftçi 3:1
Neftçi - Qəbələ 2:1
Qəbələ - Neftçi 1:2
Qarabağ - Qəbələ 4:3
Qəbələ - Qarabağ 0:1
Qış çempionunu müəyyənləşdirəcək oyunlar
20 dekabr
Qəbələ - Bakı
Qəbələ səhər stadionu. Saat 13.00.
AZAL - Neftçi
"AZAL Arena". Saat 15.00.
Qarabağ - İnter
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər