QFF AFFA-nın yolu ilə gedir

QFF AFFA-nın yolu ilə gedir

Qazaxıstan Futbol Federasiyasının Hakimlər Komitəsinin rəhbəri postu boşalıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Grey Cardinal" Teleqram kanalı yayıb. 

Mənbənin məlumatına görə, federasiyanın yeni rəhbərliyi həmin vəzifəni əcnəbi mütəxəssisə tapşıracaq.

Hələlik adı açıqlanmayan “leqioner” bu gün, dekabrın 27-də istefa verən Aleksandr Peremitini əvəz edəcək. 

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsində son üç sədr əcnəbi - Frits Ştuxlik, Barış Şimşek və Frenk De Bleker olub. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər