Qətər yığmasının Azərbaycanla oyun üçün heyəti

Qətər yığmasının Azərbaycanla oyun üçün heyəti

Qətər milli komandasının martın 9-da Azərbaycan yığması ilə keçirəcəyi yoldaşlıq görüşü üçün heyəti açıqlanıb. 

Fanat.Az xəbər verir ki, baş məşqçi Xorxe Fossati hazırlıq prosesinə 28 futbolçu cəlb edib.

Onlardan cəmi 2-si legionerdir. Bununla belə, heyətdə milliləşdirilmiş futbolçulara da rast gəlmək mümkündü. Belə ki, Əkrəm Afif İspaniyanın "Sportinq", Fəhəd əl-Abdurrahman Belçikanın "Eypen" klubunda oynayır.

Həsən əl-Haydos, Səəd əl-Şib, İbrahim Məcid, Pedro Migel, Həmid İsmayıl, Əli Əsəd, Məhəmməd Kasola, Kərim Budiaf, Əhməd Yasir, Asim Madibo, Məhəmməd Musa, Luis Martin, Əli Afif, Moiz Əli, Musab əl-Kader, Əhməd Əlaa, Sebastyan Soriya, Rodriqo Tabata, Ömər Barri, Meşal Abdulla, Əhməd Abdul Maqsud, Yasir Abu Bəkr, Abu Bəkr əl-Xəlifə, Mehdi Əli, Yusif Həsən, Bualem Xuxi, Əkrəm Afif, Fəhəd əl-Abdurrahman.

Qeyd edək ki, Dohadakı Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək Qətər - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər