Millimizin bu gün Qətərlə keçirəcəyi oyun canlı yayımlanmayacaq. Fanat.Az xəbər verir ki, problem Azərbaycanda yox, Qətərdədi.
Ərəblər DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərini informasiyasız qoymaq üçün matçın göstərilməsinin əleyhinədi. Bu, rəqib komandanın baş məşqçisinin istəyidi.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Azərbaycan qarşılaşması Dohada yerləşən “Jassim bin Hamad” ("Əl-Sədd") stadionunda keçiriləcək.
Fanat.Az