Qəbələyə gedən "Neftçi" qəzaya düşdü

Qəbələyə gedən "Neftçi" qəzaya düşdü

Misli Premyer Liqasının XII turunda "Qəbələ" ilə qarşılaşacaq "Neftçi" noyabrın 5-dəki görüş üçün bu gün səfərə yollanıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda yolda qəza keçirib. 

Hadisə "Bayraq meydanı" tərəfdə baş verib və "Hyundai" markalı digər avtomobil sürücüsünün ehtiyatsızlığı səbəbindən olub. Xoşbəxtlikdən qəza yüngül olub və xəsarət olmayıb. Bir müddət ləngiyən komanda elə klubun avtobusu ilə də yoluna davam edib. 

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı 5 noyabrda, saat 16:00-da Qəbələ şəhər stadionunda olacaq.

Mirağa    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər