“Qəbələ”nin yeni qapıçısı: "Məqsədimizə çatmaq üçün..."

“Qəbələ”nin yeni qapıçısı: "Məqsədimizə çatmaq üçün..."
“Qəbələ”nin yeni qapıçısı David Petrzkeviç komandaya keçidindən sonra fikirlərini gabalafc.az-la bölüşüb. Qolkiper yeni klubu və gələcək karyerası barədə açıqlamalar verib:
“Yeni komandama mənə güvəndiklərinə görə təşəkkürümü bildirirəm. “Qəbələ” ilə müqavilə imzaladığıma görə özümü xoşbəxt hiss edirəm. “Qəbələ” haqda ətraflı məlumata malikəm və necə klub olduğundan, iddialarından xəbərdaram. Komandaya yeni məşqçi təyin olunub. Yuri Syomin hazırda yeni, güclü komanda qurur və bu komanda növbəti mövsümdə yuxarı yerlər üçün mübarizə aparacaq. Mən də “Qəbələ”nin məqsədinə çatması üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Yeni məşqçinin məni seçməsi sevindirici haldır. Komandanın əsas qapıçısı olmaq üçün çalışacağam. Səbrsizliklə yeni mövsümü və azarkeşlərimizlə görüşümüzü gözləyirəm”.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər