"Qəbələ"nin sabiq baş məşqçisi karyerasını bitirir? - Özü dedi

"Qəbələ"nin sabiq baş məşqçisi karyerasını bitirir? - Özü dedi

"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin məşqçilik fəaliyyətinə son qoyduğu barədə yayılan informasiyalara aydınlıq gətirib.

Fanat.Az "RB Sport"a istinadən xəbər ki, 75 yaşlı mütəxəssis belə danışıb:

"Məşqçilik karyeramı bitirməmişəm. Fəaliyyətimə davam edirəm".

Son iş yeri ötən ilin sentyabrında tərk etdiyi "Rostov" olan Syomin 2013/2014 mövsümündə "Qəbələ"ni çalışdırıb. Onun rəhbərliyi altında Azərbaycan çempionatının bürünc medallarını qazanan "qırmızı-qaralar" ölkə kubokunun finalında da oynayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər