“Qəbələ”nin rəqibi serbiyalı hücumçu transfer etdi

“Qəbələ”nin rəqibi serbiyalı hücumçu transfer etdi

“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kiprin “Omoniya” klubu hücumçu transfer edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi Serbiya millisinin futbolçusu Veliko Simiçlə heyətini gücləndirib.

28 yaşlı forvard ölkəsinin “Voyvodina” klubundan alınıb. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

“Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər