"Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Omoniya" Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Kipr təmsilçisi Polşanın yüksək liqa klubu "Radomyak"la qarşılaşıb.
“Omoniya” rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Kipr təmsilçisinin qollarını Kakullis, Kulibali, Kusulos və Bezos vurub. Polşa klubunun heyətində isə Fabiano fərqlənib.
Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.