"Qəbələ"nin qış planı bəlli oldu 

"Qəbələ"nin qış planı bəlli oldu 

"Qəbələ"nin qış təlim-məşq toplanışı ilə bağlı planları müəyyənləşib.

Fanat.Az-ın məlumatına görə, bölgə təmsilçisi mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə keçirəcək.

"Qırmızı-qaralar" Antalyaya yollanacaqlar və hazırlıqlara orada start verəcəklər. Elmar Baxşıyevin baş məşqçi olduğu komanda qardaş ölkəyə yanvarın 4-də yola düşəcək. Təlim-məşq toplanışı yanvarın 17-nə qədər davam edəcək. Qəbələlilər Antalyada iki və ya üç sınaq görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər