Əvəzedicilər Liqasında oktyabrın 2-də keçirilməli olan 8-ci turun “Kəpəz-2” – “Qəbələ-2” oyununun vaxtı dəyişdirilib.
Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
“Qəbələ”nin 19 yaşlılardan ibarət komandasının UEFA Gənclər Liqasındakı görüşünə daha yaxşı hazırlaşa bilməsi məqsədilə əvəzedicilərin oyunu sentyabrın 30-da baş tutacaq. Qərar “Qəbələ” klubunun müraciəti, “Kəpəz” klubunun razılığı ilə Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub.