“Qəbələ”nin kapitanı əməliyyat olundu

“Qəbələ”nin kapitanı əməliyyat olundu

“Qəbələ”nin zədəli futbolçuları Asif Məmmədov və Feras Abu Akalın durumuna aydınlıq gəlib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXXIV turunun “Turan Tovuz”la oyununda (1:2) xəsarət alan yarımmüdafiəçilər dərhal müayinə olunub.

Asifin axil vətərinin yırtılması aşkarlanıb. Bu səbəbdən 37 yaşlı futbolçu təcili əməliyyat olunub.

İlkin müayinələrdən sonra Ferasın da zədəsinin ciddi olduğu müəyyənləşib. Dizindən xəsarət alan 26 yaşlı israilli yarımmüdafiəçi təkrar müayinədən keçəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər